I Divizionda yeni mövsümün başlama vaxtı

Futbol üzrə Azərbaycan I Divizionunda 2019/2020-ci illər mövsümü avqustun 23-də başlayacaq.

Sportline.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib.

O bildirib ki, yeni mövsümdə çempionatda 13 kollektiv mübarizə aparacaq.

Qeyd edək ki, 2018/2019 mövsümündə I Divizionda MOİK qalib olub.