I Divizionun bombardiri mükafatlandırıldı

I Divizionda mövsümün son oyunun ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.

Sportline.az xəbər verir ki, yarışı 4-cü pillədə başa vuran “Zaqatala”nın hücumçusu Cavad Kazımov sonuncu turda “Keşlə-2” ilə görüşdə het-trik edib. Bununla da çempion MOİK-in hücumçusu Raul Yaqubzadəni 1 qol qabaqlayan Kazımov 23 qolla 2018/2019-cu illər mövsümünün ən sərrast futbolçusu seçilib.