I Divizionun bütün oyunları eyni vaxtda

Futbol üzrə Azərbaycan I Divizionunda XVII turun təqvimi açıqlanıb. SportLine.az saytının məlumatına görə, turun qarşılaşmaları fevralın 28-də və martın 1-də oynanılacaq.

İlk gündə 3, ertəsi gün isə 4 görüş baş tutacaq. Bütün oyunların başlama saatı 15:00-du.

I Divizion

XVII tur

28 fevral (cümə axşamı)

15:00. “Keşlə-2”  – “Sabah-2”

“ASK Arena”

15:00. “Qarabağ-2” – “Sumqayıt-2”

“Azersun Arena”

15:00. MOİK - “Şüvəlan”

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

1 mart (cümə)

15:00. “Neftçi-2” – “Zirə-2”

“ASK Arena”

15:00. “Qaradağ Lökbatan” – “Kəpəz”

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

15:00. “Zaqatala” – “Turan Tovuz”

Zaqatala şəhər stadionu

15:00. “Ağsu” – “Səbail-2”

Ağsu şəhər stadionu