I Divizionun oyunu təxirə salındı

Futbol üzrə Azərbaycan I Divizionunun X turunun oyun cədvəlində dəyişiklik edilib.

SportLine.az xəbər verir ki, "Qarabağ” klubunun bir neçə oyunçusunun U-19 milli komandasının düşərgəsində olduğu üçün Azərbaycan I Divizionunun X turunun "Neftçi-2” - "Qarabağ-2” matçı təxirə salınıb.

"Qarabağ” klubunun müraciətini, "Neftçi” klubunun razılıq məktubunu rəhbər tutan Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 9 noyabrda deyil, 3 dekabrda keçirilməsinə qərar verib.