İbra "Milan"a qayıdır
İtaliyanın "Milan" klubu yanvar ayında heyətini gücləndirəcək. SportLine.az xəbər verir ki, uzun müddətdir, Zlatan İbrahimoviçlə danışıqlar aparan "rossoneri" futbolçu ilə razılıq əldə edib.
"Gazzetta dello Sport"un məlumatına görə, isveçli hücumçu A Seriya klubu ilə mövsümün sonunadək müqavilə imzayalacaq. Futbolçu 6 aya 2 milyon 200 min avro gəlir əldə edəcək.
Qeyd ki, İbrahimoviç 2010-2012-ci illərdə "Milan"ın şərəfini qoruyub.