İbrahimoviç komandasından ayrıldı

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç “Los-Anceles Qalaksi”dən ayrılıb.

Sportline.az xəbər verir ki, 38 yaşlı forvard sosial şəbəkə hesabında bu barədə məlumat yayıb.

"Gəldim, gördüm, fəth etdim. "Los-Anceles Qalaksi"yə məni yenidən canlı varlıq olduğumu hissi etdirdiyi üçün təşəkkür edirəm. İndi isə beysbol izləməyə davam edin", - deyə İbrahimoviç qeyd edib.

Tcərübəli forvardın qışda “Milan”la müqavilə imzlayacağı iddiaları dolaşır. Bu barədə ötən həftə MLS rəhbəri Don Qarber açıqlama vermişdi.

Zlatan 2010-2012-ci illərdə "Milan"da çıxış edib. O, 2018-ci ildə "Mançester Yunayted"dən "Los-Anceles Qalaksi"yə keçib. İbrahimoviç MLS klubunda 58 oyuna 53 qol vurub.