İbrahimoviç Milana gəldi

"Milan"ın yeni transferi Zlatan İbrahimoviç İtaliyaya yollanıb.

Sportline.az yerli mətbuata istinadən xəbər verir ki, isveçli hücumçu artıq Milandadır. Onun bu gün tibbi müayinədən keçəcəyi gözlənilir.

İtaliya mətbuatı 38 yaşlı forvardla  6 ay + 1 illik  müqavilə imzalanacağını yazıb.

Qeyd edək ki, Zlatan 2010-2012-ci illərdə də "Milan"ın formasını geyinib. Onun sonuncu klubu "Los-Anceles Qelaksi" olub.