İbrahimoviç "Milan"a keçir

“Los-Anceles Qelaksi”nin futbolçusu Zlatan İbrahimoviç kareyerasını yenidən A seriyasında davam etdirə bilər.

Sportline.az xəbər verir ki, onun qışda “Milan”la müqavilə bağlaması ehtimal olunur. Bunu MLS liqasının rəhbəri Don Qarber ESPN-ə açıqlamasında deyib.

“Zlatan MLS-də oynadığı 2 il ərzində demək olar ki, bütün rekordları qırdı. Əlbəttə, biz istəyirik ki, o, ABŞ-da qalsın. Ancaq bu məsələdə hər şey “Los-Anceles Qelaksi”dən asılı deyil. Zlatanın işə yanaşması çox xoşuma gəlir. Ancaq hazırda onu “Milan” cəlb edir”.

Qeyd edək ki, 2018-ci ildən ABŞ klubunda çıxış edən İbrahimoviçin müqaviləsi 2019-cu ilin sonunda bitir.