İbrahimoviç "Milan"la müqavilə imzaladı

"Los Anceles Qelaksi"dən ayrılan Zlatan İbrahimoviçin "Milan"a qayıdışı rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu ilə 2020-ci ilin iyununa qədər müqavilə imzalanıb.

İtaliya mətbuatı İbrahimoviçin A seriyası təmsilçisində bu mövsüm 3 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, isveçli oyunçu bundan əvvəl 2010-2012-ci illərdə "Milan"da çıxış edib.