İbrahimoviç müqavilə imzaladı

Zlatan İbrahimoviçin “Milan”a transferi rəsmiləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, isveçli forvard "qırmızı-qaralar"la 6 ay + 1 il  müddətinə müqavilə imzalayıb. 38 yaşlı forvard Milan təmsilçisinə azad agent kimi keçib. O, 21 nömrəli formanı geyinəcək. 

Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə də “Milan”da çıxış edib. Onun son klubu ABŞ təmsilçisi "Los-Anceles Qalaksi" olub.