İbrahimoviç yeni klubu ilə müqavilə bağladı
“Mançester Yunayted”lə yolları ayrılan Zlatan İbrahimoviç “Los Anceles Qelaksi” ilə müqavilə bağlayıb.
Sportline.az xəbər verir ki, MLS təmsilçisinin Zlatana illik 3 milyon avro ödəyəcəyi bildirilir. İsveçli forvard yeni komandasının heyətində martın 21-də debüt edəcək. Xatırladaq ki, İbrahimoviç “Mançester Yunayted”də keçirdiyi 33 oyunda 17 qol vurub.