İbrahimoviç yenidən gündəmdə

"Los-Anceles Qalaksi"dən ayrılan Zlatan İbrahimoviçin agenti Mino Rayola futbolçunun gələcəyindən danışıb.

Sportline.az xəbər verir ki, məşhur agent 38 yaşlı hücumçunun üç klubdan təklif aldığını deyib. Rayola İbranın seçim etmədiyini sözlərinə əlavə edib.

İsveçli forvardın “Milan”la müqavilə imzalayacağı gözlənilir.