İbrahimoviçin debütü fantastik alındı
"Los Anceles Qalaksi"yə transfer edilən Zlatan İbrahimoviç debüt matçına çıxıb. SportLine.az xəbər verir ki, rəqib "Los Anceles" kollektivi olub.
Qarşılaşmanın gedişində 0:3 hesabı ilə geri düşən İbrahimoviçin komandası son yarım saatda qələbəni təmin edə bilib.
İsveçli hücumçu qarşılaşmada dublla yadda qalıb. Onun ilk qolu isə fantastik alınıb.
01 aprel 2018
ABŞ, Major Liqa
5-ci tur
"Los Anceles Qalaksi" - "Los Anceles" - 4:3
QOLLAR: Karlos Vela, 5 (0:1); Karlos Vela, 26 (0:2); Daniel Steres, 48/a.q. (0:3); Sebastyan Letqet, 61 (1:3); Kris Pontuis, 73 (2:3); İbrahimoviç, 77 (3:3); İbrahimoviç, 90+1 (4:3)