İbrahimoviçdən özünəməxsus açıqlama

“Los Anceles Qalaksi”nin futbolçusu Zlatan İbrahimoviç ötən gecə MLS-də keçirilən qərb kubokunun yarımfinal oyununda “Los Anceles”ə 3:5 məğlub olduqdan sonra maraqlı fikirlər səsləndirib.

Sportline.az xəbər verir ki, 38 yaşlı isveçli hücumçu ABŞ mətbuatına açıqlamasında növbəti il klubda qalıb-qalmayacağı ilə bağlı suala aydınlıq gətirib: “MLS-də qalmağım liqa üçün çox yaxşı olar. Çünki bütün dünya mənə görə bu liqanı izləməyə davam edəcək. Buradan getsəm, azarkeşlərin də liqaya marağı azalar və heç kim bu liqanı yadına da salmaz”.

Qeyd edək ki, “Los Anceles Qalaksi”də bu mövsüm 29 oyuna 30 qol vuran Zlatanın dekabr ayında klubu ilə müqaviləsi başa çatır.