İbrahimoviçdən yaşıl işıq

Dekabrda “Los Anceles Qelaksi”dən ayrılacaq Zlatan İbrahimoviç “Milan”a keçəcəyi haqda yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 38 yaşlı hücumçu “rosso-nerri”də yenidən çıxış etməyə müsbət yanaşır: “Milan” mənim ikinci evimdir. Orada möhtəşəm xatirələrim var. Əgər məni cəlb edən bir təklif olarsa, 50 yaşıma qədər fubol oynaya bilərəm”.

Qeyd edək ki, Z.İbrahimoviçlə “Napoli” və “Baloniya”nın da maraqlandığı iddia olunur.