İbrahimoviçin komandasından növbəti qələbə

Amerika Milli Futbol Liqasının Qərb konfransında liderlər qrupunda qərarlaşan “Los Anceles Qalaksi” səfərdə “Vankuver Vaytkeps”in qonağı olub.

Sportline.az xəbər verir ki, yerli “Vaytkeps” komandası “Los Anceles Qalaksi” ilə görüşüb. İlk hissənin sonuna kimi komandalar bir neçə epizodda qol vəziyyəti yaratsalar da hesab açılmayıb.

Fasilədən sonra təzyiqi artıran Los Anceles futbolçuları 63-cü dəqiqədə istəklərinə çatıblar. Daniel Steres fərqlənib - 1:0. Qoldan 8 dəqiqə sonra qonaqlar növbəti dəfə mərkəzdən başlamağa məcbur olublar. Bu dəfə Zlatan İbrahimoviç diqqət mərkəzinə düşüb.  “Vankuver Vaytkeps” - “Los Anceles Qalaksi” 0-2