İbrahimoviçin özünəməxsus rəmzi "11-liy"i
“Los-Anceles Qelaksi”nin hücumçusu Zlatan İbrahimoviç futbol tarixinin ən yaxşı 11-liyi ilə bağlı öz versiyasını irəli sürüb.
Sportline.az xəbər verir ki, isveçli forvard yenə özünəməxsus zarafatından qalmayıb. O, rəmzi heyətdə özündən başqa heç bir futbolçuya yer verməyib. Bütün mövqelərə öz adını yazan 37 yaşlı oyunçu yalnız baş məşqçi barəsində qərarsız qalıb:
“Bütün zamanlar üçün mənim komandam. Təkcə baş məşqçini müəyyənləşdirmək qaldı. O da Zlatan ola bilər”.