İdmançımız Avropa birincilində 3 medal qazanıb
İspaniyanın paytaxtı Madrid şəhərində U 15 və yeniyetmələrin Avropa birinciliyi davam edir.
Sportline.az xəbər verir ki, yarışın ikinci yarış günü atletlərimizdən Musab Məmmədtağıyev U-15 kateqoriyasında mübarizəyə qoşulub.
56 kq çəki dərəcəsində yarışan təmsilçimiz birdən qaldırma hərəkətində 93 kq nəticə göstərərək qızıl medala sahib olub.
Musab təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. O bu dəfə 109 kq çəkini başı üzərinə qaldıraraq gümüş medala layiq görülüb.
Beləliklə iki hərəkətin cəmində 202 kq nəticəyə imza atan atletimiz Avropa birinciliyinin qalibi olub.