İkardinin həyat yoldaşının hədəfləri böyükdür

PSJ müqavilə ilə "İnter"ə məxsus olan futbolçusu Mauro İkardini birdəfəlik transfer etmək niyyətindədir.

Sportline.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu 26 yaşlı oyunçu üçün 70 milyon avro xərcləməyə hazırdır. Hücumçunun özü keçidə razı olsa da, həyat yoldaşı və meneceri Vanda Nara buna müsbət yanaşmır. O, argentinalı futbolçunun "Real" "Yuventus" kimi klublara transfer olunmasını istəyir.

Qeyd edək ki, M.İkardinin PSJ-də hazırkı qazancı 10 milyon avrodur.