İki futbolçumuz Barselonaya yollanıb

AFFA 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin iki üzvünü İspaniyanın Barselona şəhərində fəaliyyət göstərən “Marcet” Futbol Akademiyasına göndərib.

Sportline.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, bunlar  Rauf Rüstəmli (“Qəbələ”) və Musa Musazadədir (“Qarabağ”).
 
Yeniyetmə futbolçuların inkişafı, daha rəqabətli mühitdə məşq keçməsi məqsədilə onlar akademiyada noyabrın 25-dən dekabrın 22-dək (4 həftə) təcrübə keçəcək, gündəlik məşqlərlə paralel nəzəri məşğələlərdə də iştirak edəcəklər.