İki futbolçumuz "Traktor"un hədəfində

Təbrizin "Traktor” klubunun baş məqşçisi Musatafa Dənizli iki azərbaycanlı futbolçunun transfer oluna biləcəyini deyib. 

Sportline.az xəbər verir ki, türk mütəxəssis bu barədə "TRT Spor”a açıqlamasında bildirib.

"Xəzər Lənkəran”ın sabiq çalışdırıcısı bildirib ki, Azərbaycandan iki futbolçu ilə maraqlanırlar: "Türkiyə Super Liqasından bir neçə oyunçu ilə maraqlanırıq. Həmçinin Azərbaycandan və İrandan iki futbolçu da maraq dairəmizdədir".