İlin ən sərrast futbolçusu

2019-cu ilin ən sərrast futbolçularının adı açıqlanıb. 

Sportline.az xəbər verir ki, "Bavariya"nın hücumçusu Robert Levandovski siyahıya başçılıq edir.

Polşalı forvard bu il 59 oyunda 54 qol vurub. Onu 58 matçda 50 dəfə fərqlənən "Barselona"nın argentinalı kapitanı Lionel Messi izləyib. İlk "üçlüy"ü PSJ-nin və Fransa millisinin forvardı Kilian Mbappe qapayıb. Gənc forvard 49 görüşdə 44 qola imza atıb.

Qeyd edək ki, 2014-cü ildən "Bavariya"nın formasını geyinən Robert Levandovski münhenlilərlə 5 dəfə Bundesliqanın qalibi olub.