İlin "ən yaxşı futbolçu"su məlum oldu

Avropada ilin ən yaxşı futbolçusu müəyyənləşib. 

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada “Liverpul”un müdafiəçisi Vircil van Deyk layiq görülüb.

Hollandiya millisinin üzvü  “Barselona”nın  futbolçusu Lionel Messi və “Yuventus”un oyunçusu Kriştiano Ronaldonu qabaqlayıb. 

Qeyd edək ki, ilin ən yaxşı qapıçısı Alisson Bekker, müdafiəçisi Vircil van Deyk, yarımmüdafiəçisi Frenki de Yonq, hücumçusu isə, Lionel Messi seçilib. İlin ən yaxşı qadın futbolçusu adına isə Lusi Bronz layiq görülüb.