İlin ən yaxşı futbolçusu bəlli oldu
Cənubi Koreyada 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az Cənubi Koreya Futbol Federasiyasının rəsmi "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, bu, "Tottenhem"in hücumçusu Son Hın Mindir.
Bununla da, o, 4-cü dəfə ölkəsinin ən yaxşısı seçilib. 27 yaşlı futbolçu bundan əvvəl 2013, 2014 və 2017-ci illərdə bu mükafatı qazanıb.