"İlin ən yaxşı məşqçisi" - Yurgen Klopp

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin ən yaxşı məşqçilərinin siyahısını açıqlayıb.

Sportline.az xəbər verir ki, ilin ən yaxşı çalışdırıcısı Çempionlar Liqasının son qalibi olan "Liverpul"un baş məşqçisi Yurgen Klopp seçilib.

O, 369 xal toplayıb. Pep Qvradiola ("Mançester Siti) 100 xalla 2-ci, Erik Ten-Haq ("Ayaks") 82 xalla 3-cü olub.