İlin ən yaxşısı adına namizədlərin siyasıhı açıqlanıb
Avropa Klublar Assosiasiyası və Avropa Futbol Agentləri Assosiasiyası 10-cu "Globe Soccer Awards" mükafatına namizədlərin adlarını açıqlayıb. SportLine.az xəbər verir ki, 4 nominasiyada təqdim edilən "İlin ən yaxşısı" mükafatına namizədlər bunlardır:
İlin ən yaxşı oyunçusu: Antuan Qrizmann ("Atletiko", Fransa), Kriştianu Ronaldu ("Real"/"Yuventus", Portuqaliya), Kilian Mbappe (PSJ, Fransa);
İlin ən yaxşı klubu: "Atletiko" Madrid, "Real" Madrid, "Liverpul";
İlin ən yaxşı baş məşqçisi: Diyeqo Simeone ("Atletiko), Massimiliano Alleqri ("Yuventus"), Didye Deşam (Fransa), Yürgen Klopp ("Liverpul"), Zinəddin Zidan ("Real")
İlin ən yaxşı agenti: Xorxe Mendes, Stefano Kastanya, Conatan Barnett.
Qeyd edək ki, mükafatlandırma mərasimi 2019-cu il yanvarın 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.