İlkay Gündoğan heyətdən kənarlaşdırıldı

Almaniya millisi Avro-2020-nin seçmə mərhələsinin 6-cı turunda bu gün Şimali İrlandiya ilə oyuna ciddi itki ilə çıxacaq.

Sportline.az milli komandanın mətbuat xidmətinə istinadən xəbər verir ki, İlkay Gündoğan qrup lideri ilə səfər matçını buraxacaq. Mədəsindəki ağrılara görə heyətdən çıxarılan "Mançester Siti"nin yarımmüdafiəçisi komandanın düşərgəsini tərk edib.

Qeyd edək ki, Şimali İrlandiya – Almaniya matçı saat 22:45-də start götürəcək.