İlkay Gündoğanın Dursunbəydəki əməlləri
"Mançester Siti"nin türkiyəli yarımmüdafiəçisi İlkay Gündoğan xeyirxah əməlləri ilə gündəmə gəlib.
Sportline.az xəbər verir ki, məşhur futbolçu, valideynlərinin doğulduğu Dursun bəy şəhərinin stadionunun bərpasına 140 min dollar vəsait ayırıb. Şəhərin həvəskarlardan ibarət komandasının üzvlərinin Mançesterə səfərini təşkil edən İlkay, onların "Mançester Siti"nin ulduzları ilə görüşünə də imkan yaradıb.
Bununla yanaşı Dursun bəy şəhərində yaşayan 500 əlil insanın nəqliyyat problemlərinin də həllinə çalışan futbolçu, onların ehtiyaclarını ödəmək üçün xüsusi nəqliyyat vasitəsi ayırıb. Xüsusi avadanlıqla təchiz olunmuş avtomobil, təmənnasız olaraq əlillərin xidmətindədir.
Qeyd edək ki, 27 yaşlı İlkay əslən Dursun bəy şəhərindən olsa da, Almaniyanın Helzenkirhen şəhərində doğulub. Onun ailəsi 1970-ci illərdə Rur vilayətində şaxtaçı işləyən babası tərəfindən Almaniyaya köçürülüb.