İlqar Qurbanov "Sumqayıt"a keçdi

2019/2020-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, son iki mövsümü "Qəbələ"də keçirən İlqar Qurbanovla 1 illik müqavilə bağlanılıb. Qurbanov "Sumqayıt"da 50 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Türkiyənin "Fənərbaxça" klubunun yetirməsi olan Qurbanov peşəkar karyerası ərzində "Qəbələ" ilə yanaşı (29 oyun) "Xəzər Lənkəran" (56 oyun, 6 qol), "Sivasspor" (11 oyun, 1 qol), "Boluspor" (19 oyun, 3 qol), "Olimpik Şüvəlan" (23 oyun, 2 qol), "Mersin İdman Yurdu" (7 oyun) və "Qarabağ"ın (109 oyun, 4 qol) uğurları üçün çalışıb. 2006-cı ildən Azərbaycan millisinin şərəfini qoruyan İlqar yığmanın heyətində 16 qarşılaşmada meydanda olub.