İlqar Qurbanovun "Qəbələ"dəki taleyi aydınlaşdı

Azərbaycan kubokunun sahibi "Qəbələ"ni daha bir futbolçu tərk edib.

Sportline.az xəbər verir ki, Stiven Monrozdan sonra İlqar Qurbanovun da bölgə klubunu tərk etməsi dəqiqləşib. Onun hansı kluba keçəcəyi bilinmir.

Qeyd edək ki, İlqar 2017-ci ilin yayında "Qarabağ"dan "Qəbələ"yə keçib. 33 yaşlı sac cinah futbolçusu 21 oyunda meydana çıxaraq 1 məhsuldar ötərmə verib. Qurbanov əvvəllər Türkiyənin "Fənərbaxça" (U-21), "Sivasspor", "Boluspor", "Mersin İdman Yurdu", həmçinin Azərbaycanın "Xəzər Lənkəran", AZAL və "Qarabağ" klublarında çıxış edib.