"İmarət" fanklubu Qurban Qurbanova dəstək oldu
"İmarət" azarkeş qrupu dünən milli komandadan istefaya göndərilən Qurban Qurbanova dəstək nümayiş etdirib.
SportLine.az xəbər verir ki, fanklub üzvləri Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində "Qarabağ"ın "Zirə"yə qarşı keçirəcəyi görüşdən öncə təşkil olunan məşqində baş məşqçiyə sevgilərini göstəriblər.