İmmobile Premyer Liqa klublarının hədəfində

"Latsio"nun futbolçusu Çiro İmmobile Premyer Liqa klublarının maraq dairəsindədir. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, "Liverpul" və "Çelsi" hücumçunu transfer etmək istəyir.

Məlumatda qeyd olunur ki, "mersisaydlılar"ın baş məşqçisi Yürgen Klopp skautunu "Latsio"nun "Napoli" ilə oyununa göndərib. 28 yaşlı futbolçunun çıxışı barədə almaniyalı mütəxəssisə müsbət rəy təqdim olunub.

Qonzalo İquaini heyətinə qatmaq istəyən "Çelsi"nin isə argentinalının keçidi alınmayacağı təqdirdə, Ç.İmmobile üçün danışıqlara başlayacağı deyilir. 

Qeyd edək ki, Ç.İmmobile "Latsio" forması ilə A Seriyada 88 oyunda 62 qol vurub.