"İnanıram ki, "Uypeşt"lə oyuna tam hazır olacağıq" - Slavko Braliç
"Neftçi”nin futbolçusu Slavko Braliç Bosniya və Herseqovina "Çelik”inə 4:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu dəyərləndirib.
SportLine.az xəbər verir ki, xorvatiyalı müdafiəçi klubun rəsmi saytına açıqlamasında ardıcıl üçüncü qələbəyə çox sevindiklərini bildirib. O, hazırlıq prosesindən razılıq ifadə edib: "Təlim-məşq toplanışımız çox yaxşı gedir. Məşqlərə eyni qaydada davam etməliyik. İnanıram ki, "Uypeşt”lə oyuna tam hazır olacağıq”.
Qeyd edək ki, "Neftçi" Macarıstan "Uypeşt"i ilə ilk oyununu iyulun 12-də Bakıda, cavab görüşünü iyulun 19-da Budapeştdə keçirəcək.
neftchipfk.com