"Azərbaycanda xoşbəxtəm" - Simeon Slavçev
"Bir klubla uzunmüddətli müqavilənin olması xoşdur. İndi daha rahatam". SportLine.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Simeon Slavçev deyib.
"Kanal3"ə müsahibəsində karyerasından danışan bolqarıstanlı futbolçu, “Qarabağ”da xoşbəxtəm. Yüksək hədəfləri olan komandada oynamaq istəyirdim. “Sportinq”də karyeramın alınmamasına görə əvvəllər başqalarını günahlandırırdım. Amma indi öz səhvlərimi görməyə başlamışam”, - deyib.
25 yaşlı yarımmüdafiəçi Azərbaycanda xoşbəxt olduğunu dilə gətirib.
Qeyd edək ki, S.Slavçev 2018-ci ilin yayında "Qarabağ"a keçib.