İngiltərə çempionu bəlli oldu

İngiltərə Premyer Liqasında 2018-2019 mövsümünün qalibi məlum olub.

Sportline.az xəbər verir ki, son turda səfərdə "Brayton"u 4:1 hesabı ilə üstələyən "Mançester Siti" xallarının sayını 98-ə çatdıraraq, liderliyini qoruyub və ardıcıl 2-ci, ümumilikdə isə 6-cı çempionluğu rəsmiləşdirib. Mançesterlilərin ən yaxın izləyicisi "Liverpul" isə doğma arenada "Vulverhempton"a 2:0 hesabı ilə qalib gəlsə də, liderdən 1 xal geri qalıb və gümüş medallarla kifayətlənib.

Mövsümü 72 xalla başa vuran "Çelsi" 3-cü, 71 xal toplayan "Tottenhem" isə 4-cü olub. Bu komandalar Çempionlar Liqasının qrup mərhələsinə birbaşa vəsiqə qazanıblar.

Mğvsümü 70 xalla 5-ci pillədə bitirən "Arsenal" Avroliqanın qrupunda oynamaq hüququ qazanıb. 66 xal toplayan "Mançester Yunayted" isə 6-cı yerin sahibi kimi gələn mövsüm Avropa Liqasında mübarizəyə təsnifat mərhələsindən qoşulacaq.

Qeyd edək ki, son pillərlərdə yer alan "Kardiff Siti", "Fulhem" və "Haddersfild" Premyer Liqa ilə vidalaşıb.