İngiltərə yarımfinalda
DÇ-2018-də 1/4 final həyəcanı yekunlaşır. SportLine.az xəbər verir ki, son oyun günündə yarımfinala vəsiqə qazanan daha iki komandanın adına aydınlıq gələcək.
Mərhələnin son oyunun günündə meydana əvvəlcə İsveç və İngiltərə milliləri daxil olacaq. 1/8 finalda Kolumbiya səddini çətinliklə aşan İngiltərə futbolçuları favorit statusunu təstiqləmək niyyətindədirlər. Skandinaviya təmsilçisi isə Mundialdakı uğurlu çıxışın davamını gətirmək istəyirlər.
Samarada təşkil olunacaq matçın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
07 iyul 2018
DÇ-2018
1/4 final
İsveç – İngiltərə - 0:2
QOLLAR: Makvayr, 30 (0:1); Dele Alli, 59 (0:2)
Hakimlər: Byörn Kuypers, Sander van Rokel, Ervin Zeynstra (hamısı Hollandiya), Antonio Migel Mateo Laos (İspaniya)
Samara Arena, Samara