İngiltərə millisi 1000-i tamamlayacaq

İngiltərə millisi Avro-2020-nin seçmə mərhələsində yubiley oyununu keçirəcək.

Sportline.az xəbər verir ki, Monteneqro ilə qarşılaşacaq britaniyalılar tarixində 1000-ci oyununa çıxacaq.

Bu isə dünya futbolunda rekord göstəricidir. İngilislər ilk oyununu 1872-ci ildə Şotlandiyaya qarşı keçirib.

Qeyd edək ki, bu gün  “Uembli” stadionunda keçiriləcək İngiltərə – Monteneqro qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.