İngiltərə millisi tilsimi qırdı
DÇ-2018-in 1/8 final mərhələsi çərçivəsində Kolumbiyaya qarşı keçirilən görüş İngiltərə seçməsi üçün əlamətdar olub. SportLine.az xəbər verir ki, "dumanlı Albion" təmsilçisi Dünya çempionatları tarixində ilk dəfə penaltilər seriyasında qələbə qazanıb.
Qeyd edək ki, İngiltərə futbolçuları Mundiallar tarixində bunadək üç dəfə penaltilər seriyasında qüvvələrini sınayıblar və hər üç sınaqdan məğlub ayrılıblar. Kolumbiya millisi isə ilk dəfə Dünya çempionatlarında penaltilər seriyasında gücünü göstərib.