İngiltərə millisinin üzvü sərxoş vəziyyətdə

"Tottenhem"in yarımmüdafiəçisi Dele Alli Yunanıstanda istirahət zamanı xoşagəlməz halla üzləşib.

Sportline.az "The Sun"a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü həddindən artıq spirtli içki qəbul etdiyindən huşunu itirib. 

Çətin vəziyyətə düşən futbolçunun sevgilisi ətrafdakıları köməyə çağırıb. İki nəfərin yardımı ilə Alli kölgədə uzandırılıb.