İngiltərə Premyer Liqasında köklü dəyişiklik ola bilər

İngiltərə Premyer Liqasının həvəskarları növbəti mövsümdən etibarən bir neçə dəyişikliyin şahidi ola bilərlər.

SportLine.az "Telegraph"a istinadən xəbər verir ki, İngiltərə Futbol Federasiyası təqvimi yüngülləşdirməyə hazırlaşır. 

Mövsüm ərzində fasilənin olmaması Premyer Liqa iştirakçılarının şikayətləri ilə yadda qalır. Xüsusilə, baş məşqçilər bəzi oyunlarda məcburən ehtiyat oyunçulardan ibarət heyəti meydana buraxmalı olurlar. Komandaların 3-4 gündən bir oyun keçirməsi avrokuboklarda da nəticələrə təsir edir. Bunları nəzərə alan federasiya növbəti mövsümdən dövrələrarası fasilə tətbiq etməyə hazırlaşır. Fasilənin dekabrın sonundan iki həftə müddətində edilməsi planlaşdırılıb.

Bununla yanaşı, təqvimi yüngülləşdirmək üçün köklü dəyişikliklər də həyata keçirilə bilər. Söhbət bəzi yarışların reqlamentinin dəyişdirilməsindən gedir. 

Qəbul olunacaq yeni qərarla Premyer Liqa iştirakçılarının Liqa Kuboku və ya Federasiyası Kuboku kimi yarışların birindən kənarda qalması və ya onların ən son mərhələdə mübarizəyə qoşulması mümkündür.