İngiltərə Super Kubokunun qalibi bəlli oldu
İngiltərə Super Kubokunda 2017/2018-ci il mövsümünün qalibi müəyyənləşib. SportLine.az xəbər verir ki, mükafat uğrunda Premyer Liqanın qalibi "Mançester Siti" ilə ölkə kubokunun sahibi "Çelsi" üz-üzə gəlib.
Matç "şəhərlilər"in qələbəsi ilə yekunlaşıb. Serxio Aqüeronun 13 və 58-ci dəqiqələrdə vurduğu qollar "Mançester Siti"yə Super Kuboku qazandırıb.