Belçika lider oldu, Tunisdən təsəlli qələbəsi
DÇ-2018-də qrup mərhələsi sona yaxınlaşır. SportLine.az xəbər verir ki, bu gün mərhələnin sonuncu görüşləri keçiriləcək.
"G" qrupunda azarkeşlərin diqqəti İngiltərə - Belçika duelinə yönələcək. İlk iki görüşdən sonra 6 xalla zirvəni bölüşən komandalar qrup lideri müəyyənləşdirməyə çalışacaq.
Digər matçda isə Panama və Tunis seçmələri azarkeşlərinə təsəlli vermək üçün meydana çıxacaq.
Hər iki matçın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
28 iyun 2018
DÇ-2018
"G" qrupu, 3-cü tur
İngiltərə - Belçika - 0:1
QOL: Adnan Yanuzay, 51 (0:1)
İngiltərə: Pikford, Aleksander-Arnold, Cons, Stouns, Kehill, Rouz, Dayer, Delf, Loftus-Çik, Raşford, Vardi
Belçika: Kurtua, Dendonker, Boyata, Vermalen, Şadli, Dembele, Fellayni, Torgan Hazard, Tilemans, Yanuzay, Batşuayi
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan (hamısı Sloveniya), Məhəmmed Abdulla Hassan (BƏƏ)
"Kalininqrad Stadionu", Kalininqrad
Panama - Tunis - 1:2
QOLLAR: Yassin Meriah, 33/a.q. (1:0); Fəxrəddin Ben Yusif, 51 (1:1); Vəhbi Xəzri, 66 (1:2)
Panama: Penedo, Eskobar, Roman Torres, Qomes, Barsenas, Qabriel Torres, Maçado, Ovalye, Abila, Qodoy, Xose Luis Rodriqes
Tunis: Matluti, Meriya, Haddadi Bedui, Ben-Yussef, Xazri, Sassi, Sxiri Joris, Şaalali, Naqez, Sliti
Hakimlər: Navaf Şukralla, Yaser Tulefat (hər ikisi Bəhreyn), Taleb Əl Marri (Qətər), ), Mehdi Abid Şərif (Əlcəzair)
"Mordoviya Arena", Saransk