Xorvatiya finalda
DÇ-2018-də mübarizə sona yaxınlaşır. SportLine.az xəbər verir ki, bu gün yarışda növbəti finalçının adına aydınlıq gələcək.
Həlledici oyuna vəsiqə uğrunda İngiltərə və Xorvatiya seçmələri mübarizə aparacaq. "Pley-off" mərhələsində Danimarka və Rusiyanı Mundialdan kənarlaşdıran Xorvatiya futbolçuları uğurun davamını dumanlı Albion təmsilçisi ilə görüşdə gətirmək niyyətindədirlər. Kolumbiya və İsveçi üstələyərək yarımfinala yüksələn ingilislər də meydana qələbə üçün çıxacaqlar.
Moskvada təşkil olunacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:00-da səslənəcək.
Matçı Türkiyədən Cüneyt Çakır idarə edəcək.
11 iyul 2018
DÇ-2018
Yarımfinal
Xorvatiya - İngiltərə - 2:1
QOLLAR: Kiran Trippier, 5 (0:1); İvan Perişiç, 68 (1:1); Mario Mandzukiç, 109 (2:1)
CƏZALANDIRMALAR:
SARI VƏRƏQƏ | Mario Mandzukiç, 48 (Xorvatiya)
SARI VƏRƏQƏ | Kayl Uolker, 54 (İngiltərə)
SARI VƏRƏQƏ | Ante Rebiç, 96 (Xorvatiya)
Hakimlər: Cüneyt Çakır, Bahaddin Duran, Tarık Ongun (hamısı Türkiyə)
"Lujniki" Stadionu, Moskva