İngiltərədə sentyabrın ən yaxşısı açıqlandı
“Mançester Yunayted“də sentyabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.
Sportline.az xəbər verir ki, klubun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən Skott Maktomini birinci olub. 22 yaşlı yarımmüdafiəçi 48 faiz səslə komada yoldaşları Maso Qrinvud (30 faiz)və Daniel Ceymsi (22 faiz) qabaqlayıb.
O, ötən mövsümün aprelində də ayın oyunçusu seçilmişdi.
Qeyd edək ki, S. Maktomini sentyabrda İngiltərə Premyer Liqasında 3 matçda 1 qol vurub.