İngiltərədən Çinə

İngiltərə Premyer Liqasında mübarizə aparan "Vest Hem" klubu hücumçusu Marko Arnautoviçi Çinin "Şanxay SIPG" klubuna satıb.

Sportline.az xəbər verir ki, Avstriya millisinin üzvünün transferi üçün London təmsilçisi 22,4 milyon funt-sterlinq təzminat alıb. 30 yaşlı forvardın həftəlik maaşı 280 min funt-sterlinq olacaq.

"Vest Hem" Arnautoviçi 2017-ci ildə "Stok Siti"dən 20 milyon funt-sterlinqə transfer etmişdi.