İniyesta Veronun komandasına keçir?

Argentinanın "Estudiantes" klubunun prezidenti Xuan Sebastian Veron Andres İnyestanın klubuna mümkün transferi haqqında danışıb.

Sportline.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, 35 yaşlı yarımmüafiəçi ilə bu barədə söhbət etdiklərini söyləyib: "Hazırda İnyesta ilə danışıqların davam etdiyini deyə bilmərik. Ancaq bəli, bu barədə söhbətlər var. Onun  komandamıza keçib- keçməyəcəyindən asılı olmayaraq, unudulmaz futbolçudur".

Qeyd edək ki, Andres İnyesta hazırda Yaponiyanın "Vissel Koba" komandasında çıxış edir.