"İnter" bu futbolçu ilə razılığa gəldi

“İnter” futbolçusu Lautaro Martineslə yeni müqavilə imzalamaq üçün razılığa gəlib.

Sportline.az “The Sun”a istinadən xəbər verir ki, Milan klubu 23 yaşlı hücumçu ilə sözləşmənin müddətini 2024-cü ilin yayınadək uzadacaq. Həmçinin  argentinalı oyuçunun maaşının 2 qat artırılacağı da bildirilib.

“Mançester Siti”, "Barselona"nın maraq dairəsində olan Lautaronun A Seriya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2023-cü ilin yayına qədərdir. Onun illik qazancı isə 2,5 milyon avrodur.

Qeyd edək ki, L.Martines bu mövsüm yerli çempionatda 9 matçda 5 qol vurub və 2 qolun ötürməsini verib.