AFFA İntizam Komitəsi "Qəbələ"ni haqlı çıxardı
"Qəbələ” klubunun futbolçusu Bəhlul Mustafazadənin Azərbaycan Premyer Liqasının IX turunda səfərdə "Sumqayıt”la 2:2 hesablı heç-heçə etdikləri oyunun 90+2-ci dəqiqəsində aldığı qırmızı vərəqə ləğv olub.
Sportline.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı qərar AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub. Hər iki klub 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat cərimələnib.
Oyunun 90+2-ci dəqiqəsində "Qəbələ”nin futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klub 200 manat cərimə kəsilib. Oyunun
Oyunun baş hakimi Orxan Məmmədovun ciddi nöqsanlarını, düzgün olmayan qərarlarını və protokolda ciddi səhvlərə yol verməsini nəzərə alaraq, Hakimlər Departamentinə onun haqqında lazımi ölçü götürüb, İntizam Komitəsini məlumatlandırması tapşırılıb.
"Səbail” – "Keşlə” matçının 49-cu dəqiqəsində meydan sahiblərinin futbolçusu Yevgeni Koçuk ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
"Neftçi” – "Qarabağ” görüşündə meydan sahiblərinin 5, qonaqların 4 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimələnib. Oyunun 58-ci dəqiqəsində "Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə paytaxt təmsilçisi əlavə 800 manat da ziyana düşüb.