İnyestanın yeni klubu müəyyənləşdi
Mövsümün sonunda "Barselona" ilə vidalaşacaq Andres İnyestanın yeni klubu müəyyənləşib. SportLine.az ESPN agentliyinə istinadən xəbər verir ki, futbolçu karyerasını Yaponiyada davam etdirəcək.
33 yaşlı yarımmüdafiəçi "Vissel Kobe" klubu ilə razılığa gəlib. A.İnyestanın illik qazancı 30 milyon avro olacaq. Keçidin gerçəkləşməsində hazırda "Barselona"nın forma sponsoru olan "Rakuten" şirkətinin baş direktoru Hiroşi Mikitaninin rolu böyük olub.
Qeyd edək ki, 13 turdan sonra turnir cədvəlinin 10-cu pilləsində qərarlaşan "Vissel Kobe"də Almaniya millisinin sabiq hücumçusu Lukas Podolski də çıxış edir.