İordaniya növbəti mərhələdə

Asiya kuboku turnirində qrup mərhələsinin ikinci turu start götürüb.

Sportline.az xəbər verir ki, B qrupunda mübarizə aparan İordaniya millisi Suriyaya 2-0 hesabı ilə qalib gələrək, 1/8 finala vəsiqəni təmin edib.

Qrupa 6 xalla İordaniya başçılıq edir. Fələstinlə Suriyanın bir xalı var. Avstraliya isə xal qazanmayıb. Qrupda ikinci tur çərçivəsindəki digər görüşdə Avstraliya Fələsrinlə üz-üzə gələcək.

İordaniya 2-0 Suriya

Qollar: Musa Əl-Taamari, 26, Tareq Xəttab, 43